Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Atletiko"ya 0:2 hesabı ilə məğlub olan "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 51 yaşlı mütəxəssis mərhələni keçəcəklərindən əmin olduğunu deyib: “İkinci matçda daha yaxşı oynaya bilərik. Buna gücümüz var. Daha sürətli, daha aqressiv və daha düzgün oyun göstərməliyik. Bunu edə bilərik. Mərhələni keçəcəyimizdən əminəm”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 12-də Turində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB