UEFA Dieqo Simeone ilə bağlı intizam işi açıb

UEFA Dieqo Simeone ilə bağlı intizam işi açıb

UEFA "Atletiko"nun baş məşqçisi Dieqo Simeone ilə bağlı intizam işi açıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna argentinalı mütəxəssisin Çempionlar Liqasının 1/8 finalında "Yuventus"la ilk matçda (2:0) etdiyi qeyri-etik hərəkət səbəb olub.

Simeone "Yuventus"un qapısına vurulan ilk qolun sevincini qeyri-etik şəkildə qeyd edib.

Qeyd edək ki, onun ən azı 1 oyunluq diskvalifikasiya edəcəyi gözlənilir. Təcrübəli çalışdırıcının cəzasının ağır ola biləcəyi də istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə