AFFA hədəfi açıqladı: "Məqsəd Avro-2020"dir"

AFFA hədəfi açıqladı: "Məqsəd Avro-2020"dir"

AFFA millimizin yeni baş məşqçisi Nikola Yurçeviçin qarşısına qoyduğu məqsədi açıqlayıb. Qol.az-ın məlumatına görə, bu barədə qurumun baş katibi Elxan Məmmədov "CBC Sport"a müsahibəsində deyib. O bildirib ki, xorvat mütəxəssisin qarşısına "Avro-2020"nin final mərhələsinə düşmək vəzifəsi qoyulub: "Avro-2020"nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Biz də orada iştirak etmək istəyirik".

Qeyd edək ki, "Avro-2020"nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə