“Barselona” futbol klubunun rəhbərliyi 29 yaşlı müdafiəçi Xordi Alba ilə yeni müqavilə imzalayıb. “Sports.ru” saytında yer alan məlumata görə, ispaniyalı futbolçu “Barselona” ilə müqaviləsini 2024-cü ilədək uzadıb.
Albanın “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatacaq. Müdafiəçi cari mövsümdə kataloniyalıların heyətində 29 oyunda 2 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB