Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Peşəkar Futbol Liqasının saytında yer alan məlumata görə, martın 2-də saat 16:00-da başlayacaq “Səbail”–“Sumqayıt” qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Həmin gün saat 18:30-da start götürəcək “Neftçi”–“Sabah” görüşünün baş hakimi Vüqar Həsənli olacaq.
Martın 3-də saat 15:00-da start götürəcək “Zirə”-“Qəbələ” matçının idarə olunması İnqilab Məmmədova həvalə edilib. Saat 17:30-da başlayacaq turun sonuncu görüşü - “Keşlə”–“Qarabağ” oyununda baş hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Turun bütün görüşləri “CBC Sport” televiziyasında birbaşa yayımlanacaq.
Qeyd edək ki, on yeddi turdan sonra turnir cədvəlində iki liderlik var. Aktivlərində 38 xal olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci və ikinci yerləri bölüşürlər. “Səbail” klubu 30 xalla üçüncü, 24 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Sabah” (21), “Zirə” (17), “Keşlə” (16) və “Sumqayıt” (15) yer alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB