Yeniyetmə qılıncoynadanlarımız Avropa birinciliyində

Yeniyetmə qılıncoynadanlarımız Avropa birinciliyində

İtaliyanın Foccia şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa birinciliyinə start verilib. Azərbaycanın yeniyetmə qılıncoynadanları da çempionatda mübarizəyə başlayıblar. SİA-nın məlumatına görə, Azərbaycan Qılıncoynatma Federasiyasından bildiriblər ki, yeniyetmə şpaqaçıların şəxsi mübarizəsində Barat Quliyev qrup mərhələsində keçirdiyi altı görüşün üçündə qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda Serbiya təmsilçisi Yakov Planoyeviçi 15:14 hesabı ilə məğlub edib. O, 1/32 finalda Estoniya idmançısı Pol Fortinə 11:15 hesabı ilə uduzub.

Murad Əkbərov isə yeniyetmə oğlanlar arasında sablya üzrə şəxsi yarışın qrup mərhələsində keçirdiyi altı görüşün ikisini qələbə ilə başa vurub.

Saleh Məmmədov və Maqsud Hüseynli isə qrup mərhələsində keçirdikləri görüşdə məğlub olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə