Elvin Məmmədovun 300-cü oyunu

“Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. SİA-nın məlumatına görə, bu yubiley Topaz Premyer Liqasının XVIII turuna təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var. O, ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.

1

Mahmud Qurbanov

421

2

Azər Məmmədov

388

3

Rəşad Sadiqov

386

4

Aslan Kərimov

382

5

Rəşad Abdullayev

378

6-7

Aqil Məmmədov

363

Rahid Əmirquliyev

363

8

İsmayıl Məmmədov

351

9

Elnur Abdullayev

334

10

Vüqar Nadirov

332

11

Kənan Kərimov

327

12

Rəşad Sadıqov

326

13-14

Nadir Nəbiyev

316

Rail Məlikov

316

15

Mübariz Orucov

311

16

Müşfiq Hüseynov

305

17

Ədəhim Niftəliyev

303

18

Kamal Quliyev

302

19

Elvin Məmmədov

300

Qeyd edək ki, ölkə çempionatında 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov Tovuz təmsilçisində 49 (3 qol), indi “Keşlə” adlanan “İnter”də 51 (7 qol), “Qarabağ”da 70 (3 qol), “Bakı”da 73 (3 qol), “Zirə”də 39 (5 qol), “Qəbələ”də 11 (2 qol), “Sumqayıt”da 7 (1 qol) matç keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə