"Barselona" "Atletiko"nun futbolçusunu heyətinə qatmaq istəyir

"Barselona" "Atletiko"nun futbolçusunu heyətinə qatmaq istəyir

"Barselona" "Atletiko"dan Saul Niquesi transfer etmək üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kataloniya klubu Madrid təmsilçisinə 110 milyon avroluq təkliflə müraciət etməfə hazırlaşır. "Barselona" komandadan ayrılacağı gözlənilən İvan Rakitiçin yerini Niqueslə doldurmaq istəyir.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsüm 32 oyuna çıxaraq 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə