Azərbaycanlı güləş hakimi “Acropolis Cup” turnirinə rəhbərlik edib
Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında “Acropolis Cup” turniri keçirilib. SİA-nın məlumatına görə, yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edib. Bu vəzifə Dünya Güləş Birliyi (UWW) tərəfindən məhz həmyerlimizə həvalə olunub. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutub.
Qeyd edək ki, təcrübəli referi “Pekin 2008”, “London 2012” və “Rio 2016” Yay Olimpiya Oyunlarında hakimlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB