Qvardiola karyerasında 25-ci qalibiyyət mükafatını qazanıb

Qvardiola karyerasında 25-ci qalibiyyət mükafatını qazanıb

Dünən "Mançester Siti” ilə İngiltərə Liqa Kubokunu qazanan Xosep Qvardiola karyerasının 25-ci "qənimət”inə sahib çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ispan çalışdırıcı bunlardan 4-nü indiki iş yerində, 7-ni "Bavariya”da, 14-nü isə "Barselona”da qazanıb. Bu nəticə ilə Pep portuqaliyalı mütəxəssis Joze Mourinyoya çatıb.

Şərikli liderlərin ən yaxın izləyicisi "Napoli”nin çalışdırıcısı Karlo Ançelottidir. Ançelottinin 20 mükafatı var.

Bütün xəbərlər Facebook səhifəmizdə