PSJ "Fiorentina"nın futbolçusunu transfer edə bilər

PSJ "Fiorentina"nın futbolçusunu transfer edə bilər

"Fiorentina"nın yarımmüdafiəçisi Federiko Kyeza Fransaya köçə bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, PSJ gənc oyunçunun xidmətində maraqlıdır.

Paris təmsilçisi artıq qarşı tərəflə danışıqlara start verib. Fransızlar ilk mərhələdə 21 yaşlı futbolçunun transfer qiymətini öyrənməyə çalışırlar. PSJ-nin idman direktoru Anter Enrike futbolçunun özü ilə də təmasa keçib. Lakin Kyeza "Napoli"nin də diqqət mərkəzindədir.

Qeyd edək ki, "Fiorentina"nın yetirməsi olan Federiko Kyeza 2016-cı ildən əsas komandada çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə