"Başakşəhər" asan, "Qalatasaray" çətin qələbə qazanıb

"Başakşəhər" asan, "Qalatasaray" çətin qələbə qazanıb

Türkiyə Superliqasında 23-cü turun daha 4 oyunu keçirilib. SİA-nın məlumatına görə, lider "Başakşəhər" öz meydanında "Bursaspor"u 3:0 hesabı ilə məğlub edib. Abdullah Avcının komandasının ən yaxın izləyicisi "Qalatasaray" da turu qalibiyyətlə başa vurub. Ancaq "Başakşəhər"dən fərqli, "sarı-qırmızılılar" doğma azarkeşləri qarşısında "Akhisar"a çətinliklə qalib gəlib. Kostas Mitroqlu oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasının qələbə topunu vurub.
Tura bu gün keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" derbisi ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda "Başakşəhər" 51 xalla liderdir. Əsas rəqibindən 6 xal az toplayan "Qalatasaray" isə 2-ci pillədə qərarlaşıb. 3-cü sıradakı "Beşiktaş"ın 39, 4-cü pillədəki "Trabzonspor"un isə 36 xalı var.

Türkiyə Superliqası, 23-cü tur
24 fevral
"Ankaragücü" - "Ərzurumspor" 2:1

Qollar: D. Boyd, 25 (1:0), K. Opset, 47 (1:1), D. Orcil, 90 (2:1)

"Konyaspor" - "Kayserispor" 0:1
Qol:
D. Turuç, 59

"Qalatasaray" - "Akhisar" 1:0
Qol:
K. Mitroqlu, 90+4

"Başakşəhər" - "Buraspor" 3:0
Qollar:
M. Mossoro, 17 (1:0), E. Visca, 40 (2:0), Demba Ba, 90

25 fevral

"Beşiktaş" - "Fənərbaxça"

Bütün xəbərlər Facebook səhifəmizdə