Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü qatılacaq

Qətərdə keçiriləcək dünya çempionatına 263 mindən çox könüllü qatılacaq

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatında 263 mindən çox könüllü qeydiyyatdan keçib. TASS xəbər verir ki, bunu dünya çempionatının Təşkilat Komitəsinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, dünya çempionatının könüllülər proqramına qatılmaq üçün müraciətlərin qəbulu davam edir. XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

Qeyd edək ki, Qatar Yaxın Şərqdə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ilk ölkə olacaq. Dünya çempionatı ilk dəfə qışda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə