"Neftçi" müdafiəçisi Tural Axundovla yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, 30 yaşlı futbolçunun bu mövsümün sonunda bitməli olan sözləşməsinin müddəti daha 1 il uzadılıb. O, 2019/2020 mövsümünün sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.
Qeyd edək ki, T.Axundov bu mövsüm 18 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB