Yurgen Klopp 45 min avro cərimələndi

Yurgen Klopp 45 min avro cərimələndi

İngiltərə Futbol Assosiasiyası “Liverpul” futbol klubunun baş məşqçisi Yurgen Kloppu cərimələyib. Xarici KİV-lərin yazdığına görə, 51 yaşlı almaniyalı mütəxəssis ölkə çempionatının 25-ci turunda “Vest Hem” komandası ilə qarşılaşmadan sonra bölüşdüyü fikirlərə görə cəzalandırılıb.

Mütəxəssis görüşün hakimi Kevin Fredi tənqid edib: “Biz oyundan kənar qol vurduq. Məncə, hakim fasilədə bunu bildi. İkinci yarıda qəribə hadisələrin baş verməsi belə deməyə əsas verir. Hakimin təəccüblü davranışı matçın gedişini aşağı saldı”.

Assosiasiya hesab edir ki, baş məşqçi bu sözləri ilə hakimin ədalətliliyini şübhə altına alır və buna görə Klopp 45 min avro cərimə ödəməlidir. Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul” klubunu çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə