“Atletiko”nun prezidenti Enrike Serezo “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun Madrid klubuna atmacasına cavab verib. Xatırladaq ki, 33 yaşlı hücumçu Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 0:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra jurnalistlərin yanından keçən zaman "Mən Çempionlar Liqasını beş dəfə qazanmışam, "Atletiko" isə sıfır dəfə" deyib.
Ulduz futbolçu oyun zamanı tribunalara əlləri ilə "5" göstərərək də ÇL-in kubokunu 5 dəfə qazandığına işarə vurub. Enriko Sereso isə bununla bağlı fikirlərini açıqlayarkən qısaca olaraq bildirib: “Ronaldo Çempionlar Liqasını 5 yox, 3 dəfə qazanıb. Çünki “Real”ın “Atletiko”nu məğlub etdiyi 2 finalı o qazanmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB