Qomisin qol sevinci topdaşıyan uşağı qorxutdu!

Qomisin qol sevinci topdaşıyan uşağı qorxutdu!

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun hücumçusu Bafetimbi Qomisin "Əl İttihad"la səfər oyununda (2:0) vurduğu qoldan sonra maraqlı hadisə yaşanıb.

Qol.az-ın xairici KİV-ə istinadən yaydığı xəbərə görə, matçın 67-ci dəqiqəsində hesabı açan sabiq "Qalatasaray"lının qolu, ənənəvi olaraq, "aslan pəncəsi" kimi qeyd etməsi meydançanın kənarında dayanan topdaşıyan uşağı qorxudub. Ancaq 33 yaşlı forvard qarşılaşmadan sonra həmin uşaqla görüşüb və ona formasını hədiyyə edərək, könlünü alıb. Qeyd edək ki, Qomis ötən il 6 milyon avro qarşılığında "Qalatasaray"dan "Əl Hilal"a keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə