"Benfika" baş məşqçisi Bruno Lageylə müqaviləni uzadıb. Klubun saytında yer alan xəbərə görə, 42 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər sözləşmə imzalanıb. Bu ilin yanvar ayından portuqaliyalı çalışdırıcının rəhbərliyi altında çıxış edən Lissabon təmsilçisi 7 oyunun 6-da qalib gəlib, 1-də uduzub.
Qeyd edək ki, "Benfika" komandanın uğursuz çıxışı səbəbindən yanvarda baş məşqçisi Rui Vitoriyanı istefaya göndərmişdi. Bundan sonra Bruno Lageylə mövsümün sonuna qədər müqavilə imzalanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB