AFFA-nın İntizam Komitəsi "Səbail"i cərimələyib. AFFA-nın saytında yer alan məlumata görə, buna səbəb Topaz Premyer Liqanın 17-ci turunda "Sabah"la keçirilmiş ev oyununda klubun səhlənkarlığa yol verməsidir. Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec başlayıb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Qərara əsasən "Səbail" 2400 manat cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB