Futbol üzrə İngiltərə millisinin sabiq çalışdırıcısı Fabio Kapello "Barselona"nın hücumçusu Lionel Messi haqda danışıb. İtaliya mətbuatına açıqlama verən italiyalı mütəxəsis argentinalı superulduzu futbolun yeganə dahisi adlandırıb: "O, bir dahidir. Dünya futbolundakı yeganə dahi. Düzdür, Argentina millisi ilə kubok qazana bilmədi. Çünki tək başına heç nə edə bilməzdi".
Qeyd edək ki, son olaraq ötən il Çinin "Tszyansua Sunin" klubunda işləyən italiyalı çalışdırıcı ötən ilin aprelində məşqçi karyerasını bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB