"Tottenhem" sevindi: Harri Keyn zədəsini sağaldıb

"Tottenhem" sevindi: Harri Keyn zədəsini sağaldıb

"Tottenhem"in futbolçusu Harri Keyn zədəsini sağaldıb. İngilis mətbuatının yazdığına görə, yanvarda ölkə çempionatının 22-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələn 25 yaşlı hücumçu artıq komandayla məşqlərə başlayıb. O, Premyer Liqanın növbəti turunda "Bernli" ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarında iştirak edir. Baş məşqçi şans versə, İngiltərə millisinin üzvü bu görüşdə dönüşünü qeyd edə biləcək.

Qeyd edək ki, "Bernli" - "Tottenhem" oyunu fevralın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə