İndoneziya 2032-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək?

İndoneziya 2032-ci ildə Olimpiya Oyunlarına ev sahibliyi edəcək?

İndoneziya 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu barədə İndoneziyanın Antara informasiya agentliyi məlumat yayıb. İndoneziya ötən il Asiya Oyunlarının uğurlu təşkilindən sonra 2032-ci ildəki olimpiadaya ev sahibliyi etmək qərarına gəlib. Bu ölkənin İsveçrədəki səfiri Muliaman Hadad Beynəlxalq Olimpiya Komitəsinə (BOK) İndoneziya Prezidenti Coko Vidodonun adından məktub təqdim edib. O bildirib ki, BOK 2018-ci ildə Asiya Oyunlarından və Asiya Paralimpiya Oyunlarından sonra İndoneziyanın təşkilatçılıq qabiliyyətinə bələd olub.

Xatırladaq ki, Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası da 2032-ci ildəki olimpiadaya birgə ev sahibliyi ilə əlaqədar müraciət etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə