İngiltərə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

İngiltərə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

Futbol üzrə İngiltərə kubokunun (FA) 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən “Suonsi Siti” klubu “Mançester Siti” ilə, “Votford” “Kristal Palas”la, “Vulverhempton” “Mançester Yunayted”lə, “Milluoll” isə “Brayton”la qarşılaşacaq. Dörddəbir finalin oyunları martın 15-dən 18-dək keçiriləcək. Qeyd edək ki, turnirin son çempionu “Çelsi” səkkizdəbir final mərhələsində “Mançester Yunayted”ə məğlub olub (2:0).

Bütün xəbərlər Facebook səhifəmizdə