ÇL-də həfətnin ən yaxşı futbolçusu müəyyənləşib

Çempionlar Liqasının 1/8 final mərhələsində həfətnin ən yaxşı futbolçusu müəyyənləşib. SİA-nın məlumatına görə, “Tottenhem”in müdafiəçisi Yan Vertongen hamını qabaqlayıb. O, Nikolo Zaniolo (“Roma”), Marko Veratti (PSJ) və Tibo Kurtua (“Real”) ilə mübarizədən qalib ayrılıb.

Qeyd edək ki, belçikalı futbolçu “Borussiya” (Dortmund) ilə görüşdə (3:0) 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə