Fevralın 15-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Bakı Nəqliyyat Agentliyi (BNA) arasında anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, hər iki qurum arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunu AMPK-nın prezidenti İlqar Rəhimov və BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli imzalayıblar.
Sənədə əsasən, BNA bu ilin mayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinə nəqliyyat məsələlərində kömək göstərəcək.
Xatırladaq ki, paracüdo üzrə beynəlxalq Qran-Pri turniri mayın 13-14-də Bakıda keçiriləcək. “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazandıran belə bir yarış ölkəmizdə ilk dəfə keçiriləcək. Turnirdə 43 ölkədən 250 idmançının iştirak edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB