Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Olena Həsənova avrokubokun növbəti mərhələsinə adlayıb. SİA-nın məlumatına görə, blokçumuzun formasını geyindiyi Fransanın "Volero Le Cannet" klubu "Challenge Cup"da 1/4 finalın cavab oyununda da qələbə qazanıb.
Bu mərhələdə İsrailin "Hapoel" klubu ilə üz-üzə gələn O.Həsənovanın komandası ilk görüşdə quru hesablı qələbə qazanmışdı. İsraildə baş tutan cavab oyununda da üstünlüyü tam ələ alan "Volero Le Cannet" eyni hesablı qələbə ilə adını yarım finala yazdırıb - 3:0 (25:17, 25:7, 25:19).
Komandasının çətinlik çəkmədən mərhələ adladığı görüşdə yığmamızın üzvü 7 xal qazanıb. Həsənova rəqibi 4 dəfə hücumda, 3 dəfə blokda məyus edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB