Simeone 2022-ci ilə qədər “Atletiko”da!

Simeone 2022-ci ilə qədər “Atletiko”da!

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə müqaviləni uzadıb. Bu barədə klubun rəsmi Tvitter səhifəsi xəbər yayıb. Yeni müqaviləyə əsasən argentinalı mütəxəssis 2022-ci ilin yayına qədər Madrid klubunu çalışdıracaq.

Qeyd edək ki, 2011-ci ildən Simeonenin rəhbərliyi altında çıxış edən komanda bu müddət ərzində İspaniya La Liqasının, İspaniya kubokunun, İspaniya Superkubokunu, iki dəfə Avropa Liqasının, iki dəfə isə UEFA Superkubokunun qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə