Beyl 12 oyunluq cəzalandırılacaq?

Beyl 12 oyunluq cəzalandırılacaq?

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Qaret Beyli cəzalandıra bilər. Qol.az-ın "As"a istinadən yaydığı xəbərə görə, La Liqa qurumdan uelsli oyunçunun ölkə çempionatında "Atletiko" ilə matçda (3:1) əlləri ilə etdiyi təhqiredici hərəkətinin araşdırılmasını xahiş edib.

Bildilir ki, komitə Beylin jestinin "Atletiko" azarkeşlərinə etdiyi qənaətinə gəlsə, o zaman oyunçuyu 4-12 oyunluq cəzaladırıla bilər. Əgər bu jestin rəqib komandanın azarkeşlərinə ünvanlanmadığı hesab edilsə, onun cəzası 1-3 oyun ola bilər. Xatırladaq ki , qarşılaşmanın hakimi Martines Munuera protokolda Beylin bu hərəkətini qeyd etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə