Rikardu Kuarejma cari mövsümün sonunadək İstanbulun “Beşiktaş” futbol klubunda qalacaq. “Fanatik” saytının yazdığına görə, bunu “Beşiktaş”ın vitse-prezidenti Serdal Adalı bildirib. Kuarejma vitse-prezidentlə görüş zamanı bu mövsümün sonunadək “Beşiktaş”da qalmaq istədiyini və komandası ilə çempion olmaq arzusunda olduğunu qeyd edib.
Otuz beş yaşlı portuqaliyalı hücumçunun adı fevralın 15-də “Malatyaspor”la oyun üçün əsas heyətdə yer alıb.
Hücumçu cari mövsümdə İstanbul təmsilçisinin heyətində keçirdiyi 24 oyunda 3 dəfə fərqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB