Güllə atıcılığı üzrə paralimpiya yığmamız dünya kubokunda iştirak edir
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) güllə atıcılığı üzrə yığması dünya kuboku yarışlarında iştirak edir. SİA-nın məlumatına görə, AMPK-dan bildiriblər ki, Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən dünya kuboku yarışlarına fevralın 24-də yekun vurulacaq.
Turnirdə ölkəmizi güllə atıcıları Əkbər Muradov, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB