Bakıda atletika üzrə Antipov memorialı keçiriləcək

Bakıda atletika üzrə Antipov memorialı keçiriləcək

Fevralın 15-16-da Respublika Olimpiya Mərkəzində Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş tullanma üzrə XI beynəlxalq memorial keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Atletika Federasiyasından (AAF) bildiriblər ki, yarışda Azərbaycan, Rusiya və Gürcüstandan atletlər iştirak edəcəklər. Turnirdə kişilər, 2002-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar və qızlar uzununa, üçtəkanla və yakut tullanmalarında mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə