Etonun qolları ”İnter”i yarımfinala çıxarıb

Etonun qolları ”İnter”i yarımfinala çıxarıb

Deyəsən Leonardonun "İnter"in sükanı arxasına keçməsi Milan klubunun işinə yarayıb. Siasport.az saytı xəbər verir ki, İtaliya A Seriyasında ardıcıl olaraq 2 oyunu da qələbə ilə başa vuran "İnter" dünən İtaliya kuboku uğrunda keçirilən 5-ci qarşılaşmada da qələbəni bayram edib. "Cenoa"nı öz meydanında qəbul edən "İnter" əvvəlcə komandanın kamerunlu futbolçusu Etonun vurduğu qollarla önə keçməyi bacarıb. İkinci hissədə isə vəziyyət tam fərqli olub.

Məsələ burasındadır ki, qonaqlar Milan təmsilçisinin meydandakı hegemonluğuna son qoymaq üçün daha çox hücum futboluna üstünlük veriblər. "Cenoa"nın forvardı Karja, oyunun 54-cü dəqiqəsində penaltidən qol vuraraq komandasını ümidləndirib. Lakin bu qoldan cəmi 5 dəqiqə sonra Milan təmsilçisi Mariganın vurduğu qolla hesabı 3-1 edib. "Cenoa" vəziyyəti öz xeyrinə dəyişmək üçün qarşılaşmanın 90-cı dəqiqəsində Skulli ilə "İnter"in qapısına yol tapsa da bundan artığına gücü çatmayıb. Bununla da "İnter" qazandığı qələbə ilə adını yarımfinala çıxan son 8 komanda sırasına daxil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə