Fritz Stuchlik beynəlxalq təyinat alıb

Fritz Stuchlik beynəlxalq təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq turnirə təyinat alıb. SİA-nın məlumatına görə, martın 20-dən 26-dək Xorvatiyada keçiriləcək 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 3-cü qrupunun oyunlarının hakim-inspektoru Fritz Stuchlik olacaq.

Qeyd edək ki, 3-cü qrupda Almaniya, Xorvatiya, Norveç və Macarıstan yığmaları mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə