Millimizin baş məşqçisinin köməkçiləri müəyyənləşib

Millimizin baş məşqçisinin köməkçiləri müəyyənləşib

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Əsgər Eyvazovun köməkçiləri müəyyənləşib. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, 58 yaşlı mütəxəssis Əli İsmayılov və Şahin İmranovla birgə çalışacaq.

Ə.İsmayılov sabiq baş məşqçi Vaqif Şirinovun vaxtından bu komandada çalışıb. Ş.İmranov isə bu vəzifədə Etibar Abdullayevi əvəzləyib.

Qeyd edək ki, Etibar Abdullayev işini Vaqif Şirinovla birgə əsas yığmada davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə