PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya cəzalandırıla bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"lə səfər görüşündəki davranışıdır.
Məsələ burasındadır ki, Kimpembenin vurduğu ilk qoldan sonra argentinalı futbolçu azarkeşlərə tərəf etik olmayan hərəkətə yol verib. Qitə futbol qurumunun Nizam-İntizam Komitəsi onun bu addımını araşdıracaq. Əgər Di Mariyanın davranışının uyğunsuz olduğu təsdiqlənsə, ulduz futbolçu diskvalifikasiya ediləcək.
Xatırladaq ki, "Mançester Yunayted" - PSJ oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB