"Fənərbaxça"nın yeni transferi sıradan çıxıb

"Fənərbaxça"nın yeni transferi sıradan çıxıb

"Fənərbaxça"nın yeni transferi Tolqay Arslan sıradan çıxıb. "Fanatik"in yazdığına görə, 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/16 finalında ötən gün "Zenit"lə keçirilən oyundan əvvəl isinmə hərəkəti edərkən zədələnib.

İlkin müayinədən sonra onda əzəli yırtığı aşkarlanıb. Futbolçunun "Beşiktaş"la keçiriləcək Superliqa oyununda meydana çıxa bilməyəcəyi bildirilir. Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" oyunu fevralın 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə