Avropa kubokunda 4 cüdoçumuz mübarizə aparacaq

Avropa kubokunda 4 cüdoçumuz mübarizə aparacaq

Fevralın 16-da Avstriyanın Overvart şəhərində qadın cüdoçularımızın da qatılacağı Avropa kuboku yarışları keçiriləcək. Beynəlxalq Cüdo Federasiyasının saytında yer alan məlumata görə, Azərbaycanı yarışda dörd idmançı təmsil edəcək. Belə ki, qitə kubokunda cüdoçularımız Şəfəq Həmidova (48 kq), Alexandra-Larisa Florian (52 kq), Nuriyyə Axundova (63 kq) və Günel Həsənli (70 kq) güclərini sınayacaqlar.

Turnirdə 35 ölkədən 209 idmançı mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə