Handanoviç "İnter"in yeni kapitanı oldu

Handanoviç "İnter"in yeni kapitanı oldu

İtaliya "İnter"ində kapitan dəyişikliyi olub. Klubun rəsmi Tvitter səhifəsində yer alan xəbərə görə, kapitanlıq sarğısı Mauro İkardidən alınaraq qapıçı Samir Handanoviçə verilib. Dəyişikliyin səbəbi haqda məlumat verilməyib. Milan təmsilçisinin argentinalı hücumçu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi səbəbindən bu addımı atdığı ehtimal olunur. Qeyd edək ki, İkardi 2013-cü, Handanoviç isə 2012-ci ildən "İnter"də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə