Alman klubu baş məşqçisini qovdu

Alman klubu baş məşqçisini qovdu

Almaniyanın “Nürnberq” klubu baş məşqçisi Mixael Kellner və idman direktoru Andreas Bornemannla yollarını ayırıb. Alman klubunun saytında yer alan məlumata görə, səbəb komandanın uğursuz çıxışlarıdır. “Nürnberq”in sabiq futbolçusu Marek Mintal müvəqqəti olaraq komandanı çalışdıracaq. Qeyd edək ki, “Nürnberq” 21 turdan sonra 12 xalla, turnir cədvəlində son pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə