Neymar "Barselona"nın həkimlərinə üz tutdu

Neymar "Barselona"nın həkimlərinə üz tutdu

PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"nın həkimlərinə müraciət edib. "Mundo Deportivo" xəbər verir ki, o, ayaq sümüyünün müalicəsi üçün bu addımı atıb. Braziliyalı hücumçu zədəsi ilə bağlı Kataloniya klubunun tibbi qərargahı ilə məsləhətləşib. Həkimlər ona əməliyyat olunmağı məsləhət görüb. Ancaq o, cərrahi müdaxilə olmadan müalicəni üstün tutub. Xəbərdə həmçinin Neymarın "Barsa"nın futbolçuları və klub rəhbərliyə ilə əlaqələrinin davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə