Azərbaycanın "İqtisadçı" voleybol klubu "Çelenc Cup" turnirinin 1/16 final mərhələsi çərçivəsində Serbiyanın "Tent" komandası ilə qarşılaşıb. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" Olimpiya Mərkəzində keçirilən matçı türkiyəli Sərdar Nisançıoğlu və ukraynalı Andrey Kovalçuk idarə edib.
Xatırladaq ki, dünən keçirilən ilk matçda təmsilçimiz bu komandanı asanlıqla məğlub edib.
"Sərhədçi" Olimpiya Mərkəzində keçirilən görüşün birinci setində "Tent" dünənki matçda göstərdiyi oyundan güclü görsəndi. Ancaq komandamız rəqibə qələbə sevinci yaşatmadı və qalib gəldi - 25:22.
İkinci setdə iqtisadçılar rəqibə ilk setdən asan qalb gəldilər. Komandmız rəqibin zəif olduğunu bir daha sübut etdi - 25:16.
Üçüncü setdə də oyun eyni keçdi. "İqtisadçı" yenə asan qələbə qazandı (25:14) və oyunu qalib başa vurdu - 3:0
"İqtisadçı" - "Tent" 3:0 (25:22, 25:16, 25:14)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB