"Yuventus"un "Arsenal"ın yarımmüdafiəçisi Aaron Remzini heyətinə qatdığını xəbər vermişdik. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, uelsli futbolçu "İnstagram" hesabından "Arsenal" azarkeşlərinə təşükkür edib: "Yuventus"la müqavilə imzaladığımı hər kəs eşitdi. "Arsenal" azarkeşlərinə dərin təşəkkürlərimi bildirirəm. 11 ildir ki, məni dəstəkləyir, mənimlə qələbə qazanıb, mənimlə məğlub olurlar. "Yuventus"la karyeramda yeni bir səhifə açıram. Mövsümün sonuna qədər "Arsenal" üçün, azarkeşlər üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, 2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu, 11 il ərzində "Arsenal"da 259 oyuna çıxıb, 61 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB