Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 finalında “Tottenhem”in qonağı olacaq “Borussiya”nın London səfəri təxirə salınıb. “BBC” xəbər verir ki, buna səbəb Dortmun klubunun futbolçusu Jadon Sançonun pasportunu götürməyi unutması olub. İngiltərəli yarımmüdafiəçi bunu hava limanında bilib və sənədini götürmək üçün evə qayıtmalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB