Emiliano Salanın ölüm səbəbi açıqlanıb

Təyyarə qəzasında dünyasını dəyişən "Kardiff"in futbolçusu Emiliano Salanın ölüm səbəbi məlum olub. Sən demə argentinalı hücumçu baş və bədənindən aldığı xəsarətlər nəticəsində ölüb.

Salanın cəsədi La Manş boğazının dibindəki təyyarə qırıntısından tapılıb. Onun kimliyi barmaq izlərinə əsasən, müəyyənləşdirilib. Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə