Bu gün futtenis üzrə Azərbaycan Super Liqası start götürüb. SİA-nın məlumatına görə, çempionatda 4 qrup üzrə 12 komanda mübarizə aparır. Hər qrupdan ilk 2 yeri tutan kollektiv 1/4 final mərhələsinə vəsiqə qazanacaq.
Püşkatmanın nəticəsinə görə, “Gənclərbirliyi”, “Ege Hospital”, VİP birinci, “Şuşa-Qarabağ”, “Marafon”, “Asta” ikinci, “Yanq Boyz”, “Həmkar”, “Lion” üçüncü, “Alov”, “Atletiko” və “Meqa” dördüncü qrupda yer alıblar.
Marafon İdman Kompleksində keçirilən yarışın ilk günündə qrup oyunları təşkil olunacaq.
Yarışa fevralın 10-da yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB