"Çelsi” və "Liverpul” eyni futbolçunu transfer etmək istəyir

"Çelsi” və "Liverpul” eyni futbolçunu transfer etmək istəyir

"Çelsi” və "Liverpul” İtaliyanın U-19 millisinin yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizəyə girişib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İtaliyada "İnter”in də istədiyi "Breşia”nın üzvünə "zadəganlar” 43 milyon funt sterlinq verməyə hazırdır. "Breşia” isə klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq 18 yaşlı gənci satmaqla bağlı qərar verməyə tələsmir.

Tonali bu mövsüm B Seriyası klubunun forması ilə çıxdığı 20 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə