Harri Keyn "Borussiya" ilə cavab matçında oynaya biləcək

Harri Keyn "Borussiya" ilə cavab matçında oynaya biləcək

"Tottenhem"in zədəli futbolçusu Harri Keyn Çempionlar Liqasının 1/8 finalında "Borussiya Dortmund"la cavab matçında oynaya bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingilis hücumçunun yaxın vaxtlarda məşqlərə başlayacağı gözlənilir. Dortmund klubu ilə fevralın 13-ü keçiriləcək ilk oyunu buraxacağı dəqiq olan 25 yaşlı hücumçunun ikinci görüşə kimi sağalmasının yüksək olduğu bildirilir.

Qeyd edək ki, Keyn yanvarda ölkə çempionatının 22-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələnib.

Əlavə edək ki, "Borussiya" - "Tottenhem" oyunu martın 5-i keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə