Almaniya Bundesliqasında 21-ci tura start verilib. SİA-nın məlumatına görə, "Bayer" səfərdə "Maynts"la qarşılaşıb və rəqibini darmadağın edib - 5:1.
Bu qələbə ilə xalını 33-ə çatdıran Leverkuzen təmsilçisi turnir cədvəlində 5-ci pilləyə yüksəlib. "Maynts" isə 27 xalla 11-ci pillədə qalıb.
Qeyd edək ki, turnir cədvəlinə 49 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Münhenqladbax "Borussiya"sı və "Bavariya" hərəyə 42 xalla 2-3-cü pillələri bölüşdürür.
"Maynts" - "Bayer" 1:5
Qollar: Vendel, 5 (0:1), Quayson, 9 (1:1), Havertz, 19 (1:2), Brandt, 30 (1:3), Bellarabi, 43 (1:4), Brandt, 64 (1:5)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB