Türkiyə Superliqasında 21-ci tura start verilib. SİA-nın məlumatına görə, turun açılış oyununda "Fənərbaxça" "Kayserispor"un qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra İstanbul klubu 23 xalla 13-cü pillədə qalıb."Kayserispor" isə 25 xalla 11-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 36 xalla 2-ci, "Beşiktaş", "Malatyaspor", "Trabzonspor" hamısı 33 xalla 3-5-ci pillələri bölüşdürür.
"Kayserispor" - "Fənərbaxça" 1:0
Qol:Kravets, 87
Qırmızı vərəqə: Soldado, 45 ("Fənərbaxça")
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB