PSJ ciddi itki ilə üzləşib

PSJ klubu ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, Paris təmsilçisinin futbolçusu Marko Verratti zədələnib. Bu barədə komandanın baş məşqçisi Tomas Tuxel açıqlama verib.

Tuxel, Verrattinin komandanın son məşqini tamamlaya bilmədiyini, həftəsonu Liqa 1-də "Bordo" ilə keçiriləcək matçda iştirakının sual altında olduğunu bildirib.

Verrattinin Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Mançester Yunayted"lə matçda da iştirakı şübhəlidir.

Xatırladaq ki, PSJ-də Verrattidən əlavə, Neymar da zədəlidir. Braziliyalı futbolçunun aprel ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə